30 bağça müdiri vəzifəsindən azad edildi

07
iyl
2022
17:46
Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində çalışmanın yaş həddinə çatmış 30 müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.
Həmçinin, qeyd edilir ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...