Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
Sosial 2

Sabah Abşeron rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, iyunun 08-də saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonu ərazisində yerləşən Xırdalan şəhəri, Aşağı Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Qobu, Nübar, Müşfiqabad, 28 May, Ceyranbatan və Saray qəsəbələri, Müşviqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi və 21 iri həcmli sənaye qrup istehlakçılarının qaz təchizatında fasilə yaranacaq.

Oxşar xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

SOCAR-ın Qaz İxrac İdarəsi diametri 530 mm olan "Qaradağ-Sumqayıt" yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdı...

6 Sosial 08:56 29 aprel 2021

Son xəbərlər