Çin daha 20 Yaponiya şirkətinə ixrac məhdudiyyəti tətbiq edib

Çin daha 20 Yaponiya şirkətinə ixrac məhdudiyyəti tətbiq edib
Dünya 6

Çin daha 20 Yaponiya şirkətini ixrac nəzarəti siyahısına daxil edərək onlara ikili təyinatlı məhsulların satışını qadağan edib.

BAKU.WS xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Qərara əsasən, Çində ixrac fəaliyyəti ilə məşğul olan şirkətlər sözügedən 20 Yaponiya şirkətinə ikili təyinatlı məhsullar sata bilməyəcək. Həmin şirkətlərlə bağlı davam edən bütün ixrac əməliyyatlarının dərhal dayandırılması tələb olunub.

Bundan əlavə, daha 20 Yaponiya şirkəti xüsusi müşahidə siyahısına salınıb. Çin Ticarət Nazirliyi bu müəssisələrin məhsullarının son istifadəçilərinə nəzarətin gücləndiriləcəyini bildirib.

Nazirlik qəbul edilən qərarın qanuni, əsaslandırılmış və məntiqli olduğunu vurğulayaraq, məqsədin Yaponiyanın "neomilitarizm və yenidən silahlanma istiqamətində atdığı düşünülməmiş addımların" qarşısını almaq olduğunu qeyd edib.

Öz növbəsində, Yaponiya hökumətinin baş katibi Minoru Kihara Çinin qərarına etiraz edərək, bu addımı "tamamilə qəbuledilməz və son dərəcə təəssüf doğuran" qərar kimi qiymətləndirib. O bildirib ki, Tokio vəziyyəti və mümkün nəticələri dəyərləndirdikdən sonra zəruri addımlar atacaq.

Qeyd edək ki, Çin 2026-cı ildə bəzi volfram növlərinin Yaponiyaya ixracını demək olar ki, tam dayandırıb. Ölkədən ixrac edilən maqnitlərin həcmi isə ötən ay 2025-ci ilin mayından bəri ən aşağı səviyyəyə enib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər