"Qəbələ" Kouya Mabena ilə müqavilə imzalayıb
29
iyn
2026
17:35
"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
BAKU.WS bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Fildişi Sahilindən olan sol cinah müdafiəçisi Kouya Mabena ilə anlaşıb.
27 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Malta təmsilçisi "Floriana"da oynamış futbolçu daha əvvəl "Vesterlo" (Belçika), "UTA Arad" (Rumıniya), "Hapoel Hadera" və "Hapoel Rişon LeZion" (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.
Oxşar xəbərlər
Azərbaycan millisi Lixtenşteynlə üz-üzə gələcək
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti matçını bu gün keçirəcək. BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma D Liqasının...