13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

BAKU.WS mərkəzin yaydığı məlumata istinadən xəbər verir ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2. Binəqədi şosesində, Azadlıq prospekti metro stansiyasının yanından Binəqədi qəsəbəsi istiqamətində Biləcəri-Baksol yoluna qədər sıxlıq

3. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq

4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

5. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən, əsasən Xutor dairəsindən, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissəsində - əsas yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq

6. Abdulvahab Salamzadə küçəsində Qələbə dairəsindən başlayaraq, Xutor dairəsi istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq

7. Tbilisi prospektində, 20 yanvar dairəsindən izmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər və, İzmir küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində sıxlıq

8. Ak.Həsən Əliyev küçəsində Gənclik metrosu istiqamətində Atatürk prospekti ilə kəsişmədən Koroğlu Rəhimov küçəsi ilə kəsişməyə qədər sıxlıq

9. Ceyhun Səlimov küçəsində, Adbulvahab Salamzadə küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

10. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

11. Abdulla Şaiq küçəsində, Füzuli küçəsi ilə kəsişmədən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyədək sıxlıq

12. Zivərbəy Əhmədbəyov küçəsində Nizami metrosunun yanından başlayaraq Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər sıxlıq

13. Atatürk prospektində, Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

14. Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

15. Xətai prospekti – Azadlıq prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində Heydər Əliyev Mərkəzinin yanına qədər sıxlıq

16. Təbriz küçəsində, Ceyhun Hacıbəyli küçəsi ilə kəsişmədən Koroğlu Rəhimov küçəsi istiqamətində Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməyə qədər sıxlıq

17. Əhməd bəy Ağaoğlu küçəsi Gənclik parkının yanından Xətai prospekti ilə kəsişməyə qədər sıxlıq

18. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin yanında tunelə girişdə Gülarə Qədirbəyova küçəsi istiqamətində sıxlıq

19. Dilarə Əliyev küçəsində, hər iki istiqamətdə - Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq

20. 28 may küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq

21. Səməd Vurğun küçəsində Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər olan hissədə və Vaqif prospekti ilə kəsişmədən A.Bakıxanov küçəsi ilə kəsişməyə qədər sıxlıq

22. Şəmsi Bədəlbəyli küçəsinin, Azərbaycan prospekti ilə kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

BAKU.WS