VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Aysel Fərziyevanın toyu olub.

BAKU.WS xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ilə ailə həyatı qurub.

Cütlüyün toy mərasimi paytaxt restoranlarından birində keçirilib. Məclisdə hər iki gəncin ailə üzvləri, yaxınları və bir sıra tanınmışlar iştirak ediblər.

Aparıcı özəl günündə sadə gəlinliyə üstünlük verib. Toyda baş verən maraqlı məqamlardan biri türkiyəli aparıcı Fulya Öztürkün məclisdə iştirak etməsi olub. Bir neçə gün əvvəl Azərbaycana gələn və aparıcı Lalə Azərtaşın qonağı olan Fulyaya ölkəmizdəki toy məclisləri maraqlı olduğundan o, cütlüyün toyunda iştirak etmək istəyib.

Xatırladaq ki, Aysel Fərziyeva isə “Lider”, "ATV" və "ARB24" kanallarında aparıcı kimi fəaliyyət göstərib. O, həyat yoldaşı Nurlan Əliyevlə bu ayın əvvəlində rəsmi nikaha daxil olub.

Zöhrə Pənahi

BAKU.WS
VİDEO

QALEREYA