SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Bakı şəhərində Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (8-ci km bazarı) Bəhruz Nuriyev küçəsi ilə kəsişməsinədək olan hissəsində ("Laçın” Ticarət Mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, həmin hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyə olunur.
 
BAKU.WS