SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın bir sıra ərazilərində taksilər avtobus dayanacaqlarını zəbt edirlər. Xüsusilə günün pik saatlarında belə hallarla daha çox rastlaşırıq. Nəticədə həm marşrutların intervalında ləngimələr yaranır, həm də sərnişinlər rahat şəkildə ictimai nəqliyyatdan istifadə edə bilmirlər.

BAKU.WS xəbər verir ki, Neftçilər metrosu yaxınlığında yerləşən dayanacaqlarda da oxşar vəziyyət hökm sürür.

Avtobus sürücüləri "Xəzər Tv"yə deyiblər ki, taksi sürücüləri yol vermədiyindən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağa məcbur olurlar.

Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin isə məsələ ilə bağlı öz arqumentləri var. Onlar bildirirlər ki, taksilər üçün xüsusi yerləri ayrılmadığından, avtobus dayanacaqlarını zəbt etməli olurlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Baş İnspektoru Araz Əsgərli bildirib ki, Nəqliyyat vasitələrinin nəzərdə tutulmayan yerlərdə, o cümlədən avtobus dayanacaqların saxlanması inzibati xəta hesab edilir. O, belə hallara qarşı mütəmadi tədbirlərin görüldüyünü də bildirir.

Problemdən çıxış yolu isə, yəqin ki, taksiparklarının yaradılmasıdır. Ancaq bunun nə zaman reallaşacağı hələlik bilinmir.

BAKU.WS
VİDEO