100-ə yaxın şəhid ailəsi və qazi üçün bizneslər yaradıldı - FOTO

100-ə yaxın şəhid ailəsi və qazi üçün bizneslər yaradıldı - FOTO
Foto
Sosial 66

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri və qazilər üçün kiçik təsərrüfat və müəssisələrin yaradılması işləri davam etdirilir.

Son bir həftə ərzində bu kateqoriyalardan olan 100-ə yaxın şəxsə proqramın dəstəyi olaraq mal və materiallar formasında aktivlər verilib. Bu aktivlər hesabına onlar kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5637 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər