Rusiyadan Azərbaycana uçuşların sayı artıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.

Qeyd edilir ki, yay mövsümü ərəfəsində Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviadaşıyıcıları üçün xaricə uçuşlar üçün 53 icazə verib. Əgər əvvəlki illərdə Avropa kurortlarına uçuşlar öndə idisə, hətta COVID-19 pandemiyasının tüğyan etdiyi İtaliyaya uçuşlara icazə verilirdisə, indi siyahıda qonşu ölkələr, ilk növbədə Qafqaz və Mərkəzi Asiya, Azərbaycan, Qırğızıstan üstünlük təşkil edir.

“Utair” və “İr Aero” Azərbaycana uçuş icazəsini Sankt-Peterburqdan, “Utair”, “Aeroflot” və “Rossiya” isə Moskvadan alıblar.

Rusiya martın 9-dan Azərbaycana uçuşlar üçün koronavirusla bağlı məhdudiyyətləri aradan qaldırıb. Aviareyslər “Hava daşımalarına dair hökumətlərarası saziş"lər çərçivəsində həyata keçirilir.

Qeyd edilir ki, siyahıdakı turistik ölkələrin sayı o qədər də çox deyil. Bunlar Türkiyə, Tailand, Vyetnam və digərləridir.

Türkiyəyə ən çox “Utair” icazə alıb - Moskvadan Antalyaya həftədə 7 dəfə uçuşlar üçün aviadaşıyıcı həm də Samara, Ufa, Tümen, Surqut və Yekaterinburqdan kurorta uça biləcək, Ufa və Samaradan da daşıyıcıya İstanbula uçmağa icazə verilir.

Tailand istiqamətində uçuşları Uzaq Şərqdən “Red Wings” aviaşirkəti həyata keçirir. Vladivostokdan Pxuket və Banqkoka, Xabarovskdan Banqkoka uçuşlara icazə verilib.

BAKU.WS