15 Oktyabradək təklif edilən iPhone 13 seriyası rəsmi deyil
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizdə fəaliyyət göstərən Apple brendinin rəsmi tərəfdaşları iPhone 13 seriyasının Azərbaycanda satışının 15 Oktyabrdan başlayacağını elan etsələr də bəzi şəbəkələr və ya fərdi sahibkarlar məhsullara rəsmi sözü geyindirib artıq indidən alıcılara məhsulları təklif edirlər.
Azərbaycanda fəaliyyət göstərən Apple brendinin rəsmi şəbəkələri yalnız Alma Store, İrşad, Baku Electronics, Kontakt Home, MyShop mağazalarıdır. Bu məhsulları rəsmi satış şəbəkələrindən alarkən zəmanət xidməti, keyfiyyətli diaqnostika və orijinal komponentlər əldə edirsiniz.
Apple brendinin rəsmi iPhone 13 seriyasını əldə etmək üçün 15 oktyabradək gözləmək lazımdır. Yuxarıda adları keçən mağazalar bu məhsulları 15 oktyabrdan etibarən satışa təqdim edəcəklər.
15 oktyabra qədər əldə edilən iPhone 13 seriyası məhsulları isə qeyri-rəsmi məhsul kimi qəbul ediləcək və rəsmi zəmanət xidmətindən məhrum olacaqlar.
Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər - SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməs...