SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəkidə 7 bal gücündə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 2 milyon manat vəsait ayrılıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Baş nazirin müavini Abid Şərifov bildirib ki, zəlzələ baş verən qəsəbədə 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, bəzilərində çatlar yaranıb.

Dövlət başçısının göstərişi və Nazirlər Kabinetinin sərəncamı ilə bu fəsadların aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Araşdırmalar nəticəsində başqa fəsadlar müəyyən olunarsa bu fəsadların aradan qaldırılması üçün də tədbirlər görüləcək. Zəlzələ yüksək balla olsa da insan tələfatı və xəsarət alan olmayıb,- deyə Abid Şərifov bildirib.

Ziya Səccad
BAKU.WS