SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Metropolitenində vahid kart sisteminə keçəcək.

 

Bu barədə metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq vahid kartlar hazırdır.

 

"Bu ayın 6-da vahid kart sisteminə keçidlə bağlı təqdimat mərasimi keçiriləcək. Tədbir saat 11-də metronun "28 may” stansiyasının ikinci çıxışında baş tutacaq”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edxək ki, vahid gediş kartları vasitəsilə həm metropolitendən, həm də sərnişinnəqliyyatdan istifadə oluna bilər.

Ziya Səccad
BAKU.WS