SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Prodüser Tarix Əliyev (Tolik) aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasını öz üzərinə götürüb.

BAKU.WS məlumat verir ki, bu haqda prodüser sosial şəbəkədə yazıb. Tolik E.Mirzəyevin yaxınlarını tapmaqda ona kömək etmələrini xahiş edib:
 
"Xaçmazda yaşayan Instagram dostlarımdan bir xahişim var, Elvin Mirzəyevin ailəsinin nömrəsini mənə tapsınlar. Əgər Xaçmazın icra başçısının şəhidin qəbrinin üstünü düzəltdirməyə 500 manatı yoxdursa, mən ona mərmərdən qəbir daşı qoyduraram. Allah vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin. Mən bunu nəyəsə görə yazmıram, mənə tərif oxusunlar. Nömrəni tapın, mənə yazın, sabah Xaçmaza gedirəm”.

BAKU.WS