SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda son beş ildə doğulan körpələrə verilən adlar arasında xeyli sayda xanım, ağa, bəy, bala kimi sözlərin birləşməsi ilə yaranan adlar yer alıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, son beş ildə 117 körpəyə Zəhraxanım, 66 körpəyə Böyükağa, 52-nə Ağaxan adı verilib.

Bundan əlavə, körpələrə Ağakərim (43), Böyükxanım (28), Bəybala (26), Bibixanım (21), Böyükkişi (10), Balaqardaş (10), Kiçikxanım (6), Baladadaş (5), Nurbala (3), Balacaxanım (4), Çimnazxanım (4), Dursunəli (2), Ağaxanım (3), Fatmaxanım (3), Ağaxancan (1), Ağaxanbəy (1), Kərimxan (1), Nərgizxanım (1) və s. adlar verilib. ("Report")
 
BAKU.WS