Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür - VİDEO

Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür.
BAKU.WS xəbər verir ki, bu münasibətlə Bakı Media Mərkəzi videoçarx hazırlayıb.
Videoçarxda Arzu Əliyevanın keçdiyi həyat yolunu özündə əks etdirən görüntülər yer alıb.
Paylaşıma “Əgər bir qadın ağıllı, qərarlı və bacarıqlıdırsa, o bütün arzularını özü reallaşdıra bilər. Arzu xanımı gördükdə və tanıdıqda bir daha bu aforizmin doğruluğuna əmin olursan. Məqsədyönlü, cəsarətli və səmimi olan Arzu xanım Bakı Media Mərkəzinin hər bir əməkdaşının ilham mənbəyidir.
Layihələrimizin uğurlu həyata keçirilməsində, yeni nailiyyətlər əldə olunmasında daima onun dəstəyini hiss etmişik. Bu gün Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın ad günüdür. Fürsətdən istifadə edərək, dəyərli Arzu xanıma Mərkəzimizin bütün kollektivi adından möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar diləyirik!!” - şərhi yazılıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
