SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli tərəfindən qətlə yetirildiyi bildirilən kiçik gizir Amil Cəlilzadənin dəfn mərasimi keçirilib.

BAKU.WS İTV-yə istinadən xəbər verir ki, o, anasının dəfn olunduğu Siyəzən rayonunun Məşrif kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Füzuli Hərbi Məhkəməsinin qərarı ilə DSX-nin hərbi qulluqçularını qətlə yetirən hərbçi barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə ittiham olunur. 

BAKU.WS
VİDEO