Xızıda şəhid olanların ailələrinə sosial ödənişlər bu ay təyin olunacaq

Xızıda şəhid olanların ailələrinə sosial ödənişlər bu ay təyin olunacaq
Sosial 153

“Artıq Dövlət Sosial Müdafiə Fondu (DSMF) noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularımızın ailələrinin sənədlərinin toplanmasına başlayıb”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, onlara müvafiq sosial ödənişlərin (müavinət, təqaüd, kompensasiya, pensiya) hər biri bu ay ərzində təyin olunacaq. “Onların digər sosial hüquqları da təmin olunacaq”, - Sahil Babayev əlavə edib.

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13615 Sosial 16:25 16 mart 2020

Son xəbərlər