SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakıda yeni ticarət-istirahət mərkəzinin tikintisinə başlanılıb. 

BAKU.WS-in məlumatına görə, ticarət-əyləncə mərkəzinin layihəsi müxtəlif növ əyləncələri, ticari və diqər xidmətləri özündə cəmləşdirən bir məkandır. O, ölkədə turizmin inkişafına gələcəkdə dəyərli tövhəsini verən, regionda ən iri ticarət kompleksi olmalıdır. Bakı Buxtasında yerləşən olimpiya ölçülərinə malik panoram görünüşlü buz meydançası buranı şəhər tədbirləri üçün konsert zalına çevrilmək imkanına malikdir.
 
Buz meydançasının ətrafında müxtəlif səviyyələrdə yerləşmiş restoranlar və kafelər sahilyanı Bulvara, seyretmə çarxına və Bakı buxtasına unudulmaz mənzərə təklif edəcəklər. Burada Ticarət Mərkəzi vasitəsilə Bulvarı şəhərin şimal hissəsi ilə birəlşdirəcək yeni piyada körpüsü də salınacaq.
 
Qərbi və Şərqi Sahilyanı rayonlar boyu davam edən promenadlar Ticarət Mərkəzinin daxilində birləşərək sakinlər və qonaqların gəzintiləri üçün gecə-gündüz açıq olacaq.
 
ŞAHİN Həbibov
BAKU.WS