SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın əsas magistrallarında sürət həddi endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar", - deyə agentlik qeyd edir.

BAKU.WS