Xəzər TV-də yayımlanan və aparıcısı Lalə Azərtaş olan "Təsir Dairəsi" verilişində maraqlı anlar yaşanıb.

BAKU.WS-in məlumatına görə, bir qrup vətəndaşı aldatmaqda şübhəli bilinən Əli adlı şəxs canlı yayıma qoşularaq barəsindəki ittihamlara cavab verməyə çalışıb.

Əmlak dələduzu Azərbaycanda olmadığını və Ukraynadakı xəstəxanada müalicə aldığını bildirib. Bundan sonra aparıcı Lalə Azərtaş bir neçə dəfə Əlidən hazırda olduğu xəstəxananın görüntülərini paylaşmasını istəyib. Lakin Əli buna bəhanə gətirərək mövzunu dəyişib.

Sonda aparıcı canlı yayıma qoşulan şəxsə deyib ki, o, bir torpağı 50 nəfərə satmaqda ittiham olunur və polis tərəfindən axtarışdadır.

BAKU.WS
VİDEO