Sumqayıtda yol çökdü - YENİLƏNİB

Sumqayıt Şəhər İcra Hakimiyyəti yolun çökməsi ilə bağlı məsələyə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, İcra Hakimiyyətindən “oxu.az”a verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti ilə Azərbaycan prospektlərinin kəsişməsində yol çökməyib:
“Həmin ərazidən keçən kanalizasiya xətlərində sızma olduğu üçün “Azərsu” ASC-nin əməkdaşları tərəfindən qazma işləri aparılır. Hazırda problemin həlli istiqamətində işlər görülür”.
***10:48
Sumqayıtda avtomobil yolu çöküb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti ilə Azərbaycan prospektinin kəsişməsində yol çöküb. Hadisə nəticəsində sözügedən istiqamətdə nəqliyyatın hərəkətində problem yaranıb.
İlkin məlumatlara görə, yolun çökməsinə səbəb kanalizasiya xətlərində yaranan problemdir.
Oxşar xəbərlər
“Atabank” və “Amrahbank”da əmanətləri olanların nəzərinə! - Kompensasiyaların verilməsinə başlanılır
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması...
