Bakıda beş nəfərin ölümünə səbəb olan tələbə hansı universitetdə oxuyur?

Ötən gün Bakıda beş nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub.
BAKU.WS-in məlumatına görə, universitetdən oxu.az-a bildirilib ki, M.Əzizov dəhşətli hadisədən bir gün qabaq, yəni oktyabrın 12-də universitetdə olub:
“M.Əzizov universitetimizin üçüncü kurs tələbəsi olub. Onun davamiyyətində ciddi problemlər olmayıb. Orta qiymətlərlə oxuyan tələbələrdən biri olub”.
Baş verən hadisə ilə bağlı M.Əzizovun universitetdən xaric edilib-edilməyəcəyinə dair suala cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məhkəmənin qərarından sonra yekun cavab vermək mümkün olacaq.
Qeyd edək ki, ötən gün saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...
