Bakıda “London Taxi”nin nömrəsi oğurlanıb

“London Taxi” markalı avtomobildə oğurluq hadisəsi olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də “London Taxi” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.
Ətrafında aparılan tədbirlərlə onun Yasamal RPİ tərəfindən borclu qismində axtarışda olması da müəyyən edilib.
Oğurladığı dövlət qeydiyyat nişanları isə idarə etdiyi “Tofaş” markalı avtomobilin üzərində aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Polis 40 kiloqramdan artıq heroin və metamfetamini dövriyyədən çıxardı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu il...
