VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həftəsonu Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarların hərəkət cədvəli açıqlanıb.

Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Qatarların hərəkət cədvəlini təqdim edirik:

Diqqət! 1 oktyabr tarixindən etibarən həftəsonları Bakı-Sumqayıt-Bakı sərnişin qatarlarının hərəkəti bərpa olunacaq. Belə ki, şənbə, bazar və digər qeyri-iş günləri aşağıdakı qatarlar işləyəcək:

1. Bakı-Pirşağı-Sumqayıt

- Bakıdan saat 08:35-də yola düşən 6603 nömrəli qatar

- Bakıdan saat 09:45-də yola düşən 6607 nömrəli qatar

- Bakıdan saat 15:50-də yola düşən 6611 nömrəli qatar

- Bakıdan saat 17:50-də yola düşən 6615 nömrəli qatar

- Bakıdan saat 18:25-də yola düşən 6617 nömrəli qatar

- Bakıdan saat 19:55-də yola düşən 6621 nömrəli qatar

- Bakıdan saat 20:30-da yola düşən 6623 nömrəli qatar

2. Sumqayıt-Pirşağı-Bakı

- Sumqayıtdan saat 07:20-də yola düşən 6604 nömrəli qatar

- Sumqayıtdan saat 07:35-də yola düşən 6606 nömrəli qatar

- Sumqayıtdan saat 09:00-da yola düşən 6612 nömrəli qatar

- Sumqayıtdan saat 10:00-da yola düşən 6614 nömrəli qatar

- Sumqayıtdan saat 10:45-də yola düşən 6616 nömrəli qatar

- Sumqayıtdan saat 16:50-də yola düşən 6620 nömrəli qatar

- Sumqayıtdan saat 18:00-da yola düşən 6622 nömrəli qatar

- Sumqayıtdan saat 19:30-da yola düşən 6626 nömrəli qatar

3. Bakı-Xırdalan-Sumqayıt

- Bakıdan saat 08:20-də yola düşən 6005 nömrəli qatar

- Bakıdan saat 17:20-də yola düşən 6015 nömrəli qatar

- Bakıdan saat 18:50-də yola düşən 6021 nömrəli qatar

- Bakıdan saat 19:35-də yola düşən 6023 nömrəli qatar

4. Sumqayıt-Xırdalan-Bakı

- Sumqayıtdan saat 08:00-da yola düşən 6008 nömrəli qatar

- Sumqayıtdan saat 09:30-da yola düşən 6012 nömrəli qatar

- Sumqayıtdan saat 18:45-də yola düşən 6022 nömrəli qatar

Qeyd edək ki, sözügedən xətlər üzrə qatarların iş günləri üçün qrafikində hər hansı dəyişiklik edilməyib.

***16:05

Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq.

Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Bildirilir ki, qatarların yeni hərəkət qrafiki rəsmi saytda yayımlanacaq.

Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

BAKU.WS