Nazim Sadıxov: "Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm"

Nazim Sadıxov: Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm
İdman 13

Azərycanlı MMA idmançısı Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirindəki rəqibinin güclü və zəif cəhətlərini təhlil edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.

Döyüşçü öz üzərində çox çalışdığını söyləyib:

"Rəqibin zəif və güclü tərəflərini təhlil etmişəm. Öz üzərimdə çox çalışmışam. Şənbə günü özümü göstərməyə çalışacağam. Bonusu qazanmaq məqsədimiz deyil".

N.Sadıxov son qarşılaşmada məğlub olduğunu xatırladıb:

"Düşünürəm ki, bir qədər məşqim az olmuşdu. Növbəti görüşdə qələbəyə köklənəcəyəm və sıfırdan başlayacağam. Öz taktikamla döyüşmək istəyirəm. Amma bəzən içimdə hisslər ortaya çıxır. İstər Bakı, istərsə də başqa yerdə təzyiq olur. Bu yarışda da əlimdən gələni edəcəyəm".

İdmançı Bakıdakı UFC turnirin getdikcə məşhurlaşdığını sözlərinə əlavə edib:

"UFC-nin Bakıdakı təşkilatçılğından razıyam. Ölkədə müxtəlif idman tədbirləri də keçirilir. Düşünürəm ki, gələcəkdə daha da yaxşı olacaq".

Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Nazim Sadıxov yüngül çəki dərəcəsində braziliyalı Mateus Kamilo ilə döyüşəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər