VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Həkimlərin maaşı xəstələrin sayına görə ödənəcək. Bu barədə "Xəzər Xəbər”ə açıqlamasında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin şöbə müdiri İsa Əliyev deyib. İlkin mərhələdə işlərə rayonlarda olan dövlət xəstəxanalarından başlanılacaq.

Həkim nə qədər çox xəstə qəbul edəcəksə, gəliri də bir o qədər çox olacaq. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri İsa Əliyevin sözlərinə görə icbari tibbi sığorta tətbiq olunduqdan sonra, dövlət tibb müəssisələri müayinə, müalicə və əməliyyat sayına görə maliyyələşəcək.  Yəni, tibb müəssisələrinin xəstələrinin sayı çox olsa, maliyyələşmə də yüksək olacaq.Bu isə, həkimlərin maaşına təssir edəcək.

İlkin mərhələdə işlərə rayonlarda olan dövlət xəstəxanalarından başlanılacaq. Şöbə müdiri deyir ki, belə olduqda dövlət xəstəxanaları arasında rəqabət mühiti yaranacaq və neqativ halar aradan qalxmış olacaq.Çünki xəstəxanaya müraciət edən vətəndaşlar hansı xidmətlərin göstərildiyini və nə qədər pul ödənildiyini əvvəlcədən biləcəklər.
 
BAKU.WS