XTQ “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər - FOTO

XTQ “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər - FOTO
Foto
Sosial 109

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcəkdir.

Oxşar xəbərlər

Bu gün təltif edilən generallar - SİYAHI

Bu gün təltif edilən generallar - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər...

12246 Sosial 21:52 24 iyun 2021

Son xəbərlər