VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Nəqliyyatı İntellektual İdaraetmə Mərkəzi bir neçə marşutun istiqamətinin dəyişdirilməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə məlumata görə, 62 nömrəli marşrutun xəttində 01.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti Sabunçu qəs. – "Koroğlu” metro st. istiqamətində Heydər Əliyev prospekti – Atletlər kəndi – X.Rza küç. - nəqliyyat qovşağı – Z.Bünyadov pr. və sonra mövcud xətti ilə , əks istiqaməti mövcud xətti ilə təşkil edilmişdir.

70 nömrəli marşrutun xəttində 01.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti "Neftçilər” metro st. – Q.Qarayev pr. – Ə.Vəliyev küç. – M.Abbasov küç. – M.Əliyev küç. – Elektrik qatarlarının Deposunadək və əks istiqaməti də həmin xətlə təşkil edilib..

92 nömrəli marşrutun xəttində 03.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti Yeni Avtovağzal – Sumqayıt şossesi – Moskva pr. – A.Mustafayev küç. – Cavadxan küç. – "M.Əcəmi” metro st. və əks istiqaməti M.Əcəmi” metro st - Cavadxan küç. – A.Məhərrəmov küç. və sonra mövcud xətti ilə təşkil edilib.

Səbail və Lökbatan rayonlarının sakinlərinin müraciətlərini nəzərə alaraq 120 və 124 nömrəli marşrutların xəttində dəyişiklik olunub. Belə ki, hərəkət cədvəli "Sədərək” ticarət mərkəzi - Salyan şossesi - Bibiheybət məscidi - 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə yeni 120 nömrəli marşrut xətti təşkil edilib. 120 saylı marşrut xəttinin əks istiqaməti Ə.Yaqubov - Bibiheybət yolu - 20-ci sahə - Muxtarov küç. - Bibiheybət məsçidi - Salyan şossesi - "Sədərək” ticarət mərkəzidir.

124 nömrəli marşrutun xətti isə Lökbatan qəs. – Binə T/M – Lökbatan dairəsi –  Salyan şossesi – 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə və əks istiqaməti Ə.Yaqubov küç. – Bibiheybət yolu – 20-ci sahə – Salyan şossesi – Lökbatan dairəsi – Binə T/M – Lökbatan qəs. olmaqla  təşkil edilib.

Ziya Səccad
BAKU.WS