SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda küçəyə atılan körpə barədə məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb:

“Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır”.

*** 14:06

Azərbaycanda daha bir körpə küçəyə atılıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, körpə Ağcabədidə küçəyə atılıb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən açıqlamada bildirilib ki, küçəyə atılan körpənin vəziyyəti yaxşıdır.

“Yenidoğulmuş uşaq oğlandır. Göbəyi bağlanmamış vəziyyətdə olub. Uşaq təcili yardım maşını ilə gətirilərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. Göbəyi bağlanıb”, - xəstəxanadan bildirilib.

BAKU.WS