Azercell Telekom” MMC abunəçilərini “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

BAKU.WS xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Müvafiq məzmunun Azercell-ə heç bir aidiyyəti yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalmamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir", - deyə açıqlamada qeyd olunub.

BAKU.WS