SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Qaradağ və Nizami rayonları ərazisində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Qaradağ rayonu üzrə:

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Nizami küçəsində yerləşən, fiziki şəxs Həsənov Ədalət Murad oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Nizami küçəsində yerləşən, fiziki şəxs İbadov Şakir Süleyman oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Seymur Orucov 43 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Elnur Aydın oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 2-ci massiv, 1-ci küçədə yerləşən, fiziki şəxs Ələkbərov Fariz İbad oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 2-ci massiv ünvanında yerləşən, fiziki şəxs Quliyev Ramiz Yasin oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Quliyev Nofəl Sahib oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Qasımov Nicat İltfiat oğluna məxsus heyvan kəsimi məntəqəsi;

8. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Əliyev Ceyhun Səfər oğluna məxsus heyvan kəsimi məntəqəsi;

9. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Quliyev Teyyub Mehman oğluna məxsus heyvan kəsimi məntəqəsi;

10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Bünyadzadə 9 ünvanında yerləşən, fiziki şəxs Quliyev Tariyelə məxsus heyvan kəsimi məntəqəsi;

11. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 22 ünvanında yerləşən, fiziki şəxs Həsənov Surətə məxsus heyvan kəsimi məntəqəsi.

Nizami rayonu üzrə:

1. Bakı şəhəri, Nizami rayonu, Ramil Balakişiyev 61 ünvanında yerləşən, fiziki şəxs İsfəndiyarov Ruslan Əvəz oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 12 ünvanında yerləşən, fiziki şəxs Balakişiyev Süleymana məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 30 ünvanında yerləşən, fiziki şəxs Nüsrət İsayev Abdulbari oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

BAKU.WS