SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin may ayı ərzində 59 inzibati ərazi üzrə icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrinə 547 min 264 müraciət daxil olub.

Bu barədə BAKU.WS-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ay ərzində 1 milyon 270 min 70 tibbi xidmət göstərilib ki, onlardan 1 milyon 86 min 784-ü ambulator, 183 min 286-sı isə stasionar olub.

Ay ərzində Bakı, Sumqayıt və Abşeron rayonları üzrə icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinə 349 min 350 müraciət daxil olub. Həmin tibb müəssisələrində ay ərzində 635 min 939 tibbi xidmət göstərilib. Göstərilən xidmətlərin 508 min 882-si ambulator, 127 min 57-si isə stasionar olub.

BAKU.WS