Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO

16
iyn
2021
13:48
Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində “Daçnikov” çimərliyinə gedən giriş vətəndaşlar üçün hasarlanıb.
Belə ki, çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.

Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...
