VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Olimpiya Stadionuna gedən yola bitişən, kəsişən və paralel olan küçələrdə avtomobillərin hərəkətinə tamamilə məhdudiyyət qoyulub.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, Olimpiya Stadionu istiqamətinə azarkeşlərin, iştirakçıların, komandaların və qonaqların hərəkəti yalnız xüsusi ayrılan ictimai nəqliyyat vasitələri ilə həyata keçiriləcək.

“Bu barədə bir neçə gün əvvəl əhaliyə məlumat verilmişdi. Artıq paytaxtın Səməd Vurğun parkının qarşısı və “Qara Qarayev” metrosunun ətrafından hərəkət edən xüsusi ictimai nəqliyyat vasitəsi ilə tamaşaçıların daşıması həyata keçiriləcək.

Eyni zamanda azarkeşlər və iştirakçılar “Koroğlu” metro stansiyasından piyada olaraq Olimpiya stadionu istiqamətində sərbəst hərəkət edə biləcəklər. Onu da qeyd edim ki, AVRO-2020 oyunları zamanı təhlükəsizliyinin qorunması üçün polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Olimpiya stadionu ilə ona bitişik ərazilər polis tərəfindən tam nəzarət götürülüb”.

“Sürücülərin və azarkeşlərin qeyd olunan istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alaraq əvvəlcədən müəyyən edilən istiqamətlərdə hərəkət etməsini tövsiyə edirik. Paytaxtda baş tutan oyunların ölkəmiz üçün önəmini nəzərə alaraq hər bir vətəndaşı polis əməkdaşları ilə həmrəy olmağa dəvət edirik".

BAKU.WS