Bakının mərkəzi küçələri "Formula 1"ə görə bir həftə bağlanacaq

Bakının mərkəzi küçələri Formula 1ə görə bir həftə bağlanacaq
Sosial 1794

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.

O bildirib ki, hələlik yollar tam bağlanmayıb: "Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4-6 iyunda keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər