SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobil yollarında yaranan tıxac marşrut avtobuslarının hərəkətinə maneələr yaradıb.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkəti də çətinləşib, intervallarda gecikmələr yaranır.

BAKU.WS
QALEREYA