VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərmişdir.

Xalqımızın bir sira igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olmuş və ya yaralanaraq sağlamlığını itirmişlər.

Şəhid ailələrinin, qazilərin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daima vətəndaş cəmiyyətinin diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək işində “YAŞAT” Fondunun fəaliyyəti əvəzsizdir.

Azərbaycanın tanınmış “Bello” markası xeyirxahlıq və humanizm prinsiplərini rəhbər tutaraq təmənnasız yardım fəaliyyətini davam etdirir. Bunun davamı olaraq “Bello” brendi “YAŞAT” Fondu ilə əməkdaşlığa start vermişdir. Əməkdaşlıq şərtləri çərçivəsində satılan hər bir “Bello” məhsulunun bir hissəsi “YAŞAT” Fonduna ianə ediləcəkdir.

Müştərilərimiz “Bello” markasının istənilən məhsulunu əldə etməklə bu əməkdaşlığa öz dəstəyini verə bilərlər.

Qeyd edək ki, “Bello” brendi İkinci Qarabağ Müharibəsi başladığı gündən ön cəbhədə döyüşən əsgər və zabitlərimizə mütəmadi dəstəyini də həyata keçirmişdir.

BAKU.WS