SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarşıda bizi yay fəsli gözləyir. Qızmar yay günlərində, xüsusən də karantin dövründə insanların təsəlli tapacağı yeganə məkan bağ evləridir.

Bağı olmayanlar isə kirayə bağ, kotec və villa tutmaqla istirahətlərini təmin edə bilərlər. Nəzərə alsaq ki, xarici səfərlər də məhdudlaşdırılıb, bu zaman bağ evlərinə daha çox tələbat yaranır.

BAKU.WS əməkdaşı Bakıda villa və koteclərin kirayə bazarını araşdırıb.

Paytaxtın ən populyar ərazilərində, yay tətili üçün kirayə haqqını təqdim edirik:

1. Mərdəkan qəsəbəsi

Mərdəkanda bağ evlərinin kirayə haqqı fərqlənir. Gündəlik evlərin kirayə qiyməti 150-350 AZN təşkil edir. Aylıq kirayə haqqı isə 500 manatdan 12 000 manata qədərdir. Bu qəsəbədə orta kirayə haqqı gündəlik 265 AZN, aylıq 4 300 AZN təşkil edir.

2. Şağan qəsəbəsi

Şağan qəsəbəsində evlərin kirayəsi gündəlik 90-200 AZN təşkil edir. Burada kirayə evlərin aylıq dəyəri 1800-dən 11 000 manata qədərdir.

Bu qəsəbədə orta kirayə haqqı gündəlik 120 AZN, aylıq 3200 AZN təşkil edir.

3. Buzovna qəsəbəsi

Buzovna qəsəbəsində evlərin kirayəsi gündəlik 100-250 AZN təşkil edir. Burada kirayə evlər üçün aylıq ödəniş 450-dən 8900 manata qədər təşkil edir. Bu qəsəbədə orta kirayə haqqı gündəlik 155 AZN, aylıq 3600 AZN-dir.

4. Nardaran qəsəbəsi

Nardaran qəsəbəsində evlərin aylıq kirayəsi 2000-dən 10 000 manata qədər təşkil edir.

Bu qəsəbədə orta kirayə haqqı aylıq 5400 AZN-dir. Qeyd edək ki, bu qəsəbədə gündəlik kirayə mənzil təklif edilmir.

5. Şüvəlan qəsəbəsi

Şüvəlan qəsəbəsində evlərin kirayəsi gündəlik 150-250 AZN təşkil edir. Burada kirayə evlərin aylıq dəyəri 1900-dən 20 000 manata qədərdir.

Bu qəsəbədə orta kirayə haqqı gündəlik 250 AZN, aylıq 5500 AZN təşkil edir.

6. Pirşağı qəsəbəsi

Pirşağı qəsəbəsində evlərin kirayəsi gündəlik 80-230 AZN təşkil edir. Burada kirayə evlərə görə aylıq ödəniş 1200-dən 5 000 manata qədərdir. Bu qəsəbədə orta kirayə haqqı gündəlik 130 AZN, aylıq 2500 AZN təşkil edir.

7. Novxanı qəsəbəsi

Novxanı qəsəbəsində evlərin kirayəsi gündəlik 120-250 AZN təşkil edir. Burada kirayə evlərin aylıq dəyəri 850-dən 9 000 manata qədərdir. Bu qəsəbədə orta kirayə haqqı gündəlik 180 AZN, aylıq 3500 AZN təşkil edir.

8. Bilgəh qəsəbəsi

Bilgəh qəsəbəsində evlərin kirayəsi gündəlik 150-350 AZN təşkil edir. Burada kirayə evlərin aylıq qiyməti 1500-dən 15 000 manata qədərdir. Bu qəsəbədə orta kirayə haqqı gündəlik 220 AZN, aylıq 5800 AZN təşkil edir.

Qeyd edək ki, bağ evlərinin, villa və s. mənzil kirayəsi, eyni zamanda alqı-satqısı ilə bağlı ətraflı məlumatları TUT.AZ saytından öyrənə bilərsiniz.

BAKU.WS