SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı metrosunun fəaliyyətinin bərpa olunması ilə bağlı məsələ hələlik gündəmdə deyil.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Metronun açılması aktivliyin daha da artmasına gətirib çıxaracaq. Metronun bağlanması qərarı verildikdə əsas məqsədimiz aktivliyin aşağı salınması idi. Biz buna nail olmuşuq. Gördüyünüz kimi, artım sürətləri əvvəlki səviyyədə deyil. Metronun bağlanması burada xüsusi rol oynayır”, - deyə Şahmar Mövsümov bildirib.

BAKU.WS