Ərinin gözünü qazimizə bağışladı - Qazimiz görməyə başladı - VİDEO

İsraildən olan yaşlı qadın vəfat edən ərinin gözünü Azərbaycan qazisinə bağışlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Vaa Lʼhatzolas Nichei Yisroel" Yəhudi humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Zamir İsayev məlumat verib.
"Doktor İşay maraqlı bir əhvalat danışdı. Demək, İsrailli bir qadın rəhmətə getmiş həyat yoldaşının göz buynuzcuqlarını xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib.
İndi əsgərimiz məhz bunun sayəsində işıq üzü gördü. Qeyd edim ki, İsrailin səhiyyə naziri orqanı İsrail hüdudlarından çıxarmaq üçün xüsusi icazə verib", - Zamir İsayev əlavə edib.
Qeyd edək ki, israilli qadın 55 yaşlı rəhmətə getmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb. Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyevin bunun sayəsində görmə qabiliyyəti bərpa edilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
