Bu telefonlar bir ay sonra işləməyəcək - XƏBƏRDARLIQ

Xaricdən Azərbaycana gətirilən mobil telefonlar da digər mallar kimi mütləq bəyənnaməyə salınmalıdır.
BAKU.WS xəbər verir ki, bunu brifinqdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.
“Söhbət məbləğdən və vergidən getmir. Mobil telefon alınıbsa və bəyənnamə yoxdursa, onun İMEİ kodunu gömrük orqanlarına bəyan etməmisinizsə, həmin telefonu bir aydan sonra işlədə bilməyəcəksiniz.
Bu istiqamətdə bəzən maarifləndirmə düzgün aparılmaya bilər. Vətəndaşlar ayda bir dəfə özü üçün mobil telefon gətirə bilər. Lakin onu da bəyan etmək lazımdır. Bunu müxtəlif formalarda etmək olar”.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsi onlayn sifarişlə bağlı ittihamlara CAVAB VERDİ
Son vaxtlar bəzi vətəndaşlar sosial şəbəkələrdə xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gömrük yoxlanışında qalması, yubadılması, əsassız ola...
