SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qar yağmaqda davam edir. Proqnozlara əsasən, yağıntı sabah günün birinci yarısınadək davam edəcək. Yəqin ki, axşama doğru şaxta da sərtləşə bilər. Belə şəraitdə küçə və yollarda qar-buz getdikcə artacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Mütəxəssis bildirir ki, axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq:

"Onsuz da kommunal xidmətlər bütün küçələri təmizləməyi, hər yerə duz və ya qum səpməyi bacarmırlar. Bunu etdikləri küçələrdə də hər saat yeni qar yağır, qumun üstü yenidən qarla örtülür, duzun əritdiyi buzu yenisi əvəz edir.

Qısası, yəqin ki, axşama doğru küçə və yollarda qar-buz artacaq. Ona görə də çox diqqətli olun, avtomobiliniz belə şərait üçün hazır deyilsə, özünüzün uyğun təcrübəniz yoxdursa, küçəyə çıxmayın.

Kim çıxıbsa da axşama qədər (18.00-dək) mənzil başına qayıtmağa çalışsın. Ehtimal etmək olar ki, axşam saatlarında küçələrdə hərəkət daha da çətin olacaq. Elə edin ki, küçələrdə, yollarda qalmayın".

BAKU.WS