May ayaının 4-də Bakıda "Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib. Velosiped turu 5 mərhələdən ibarətdir. "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.

Turda 19 ölkədən 21 komanda iştirak edir. Yarış mayın 8-dək davam edəcək. 

"TOUR d`AZERBAİJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar paytaxt Bakı da daxil olmaqla bəzi rayonlarda yollarda bir sıra yollar bağlanıb. ANS PRESS-in məlumatına görə, may ayının 7-də saat 09.30-dan 13.30-dək - Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək, may ayının 8-də səhər saat 09.00-dan 12.00-dək - Bakı şəhərində "Azadlıq meydanı-Neftçilər prospekti-Nobel prospekti-Zığ şosesi-Qala yolu-Buzovna-Bilgəh-Zağulba-Buzovna-Hava limanı şosesi” marşrutu üzrə, saat 09.00-dan 15.30-dək isə - Heydər Əliyev prospekti-Yusif Səfərov küçəsi-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı-Nefçilər prospekti-İçəri şəhərdə Kiçik Qala küçəsi-Qoşa Qala Qapısı-İstiqlaliyyət küçəsi-Sona xanım Vəliyeva küçəsi-Lermontov küçəsi-Teymur Elçin küçəsi-Mehdi Hüseyn küçəsi-Parlament prospekti-H.Cavid prospekti-Landau küçəsi-İnşaatçılar prospekti-Bakıxanov küçəsi-Səməd Vurğun küçəsi-Şəmsi Bədəlbəyli küçəsi-Bülbül prospekti-Üzeyir Hacıbəyli küçəsi-Puşkin küçəsi-Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edilir.
 
BAKU.WS