Mətanətin oğlunun övladlarına işgəncə verməsi faktı ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edib. O, övladının işgəncə gördüyünü əks etdirən fotoları öz "Instagram" hesabında paylaşıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu faktla bağlı araşdırma aparıldığını bildirib:
"Sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitələrində məlumat yayılan kimi dövlət komitəsi məsələni nəzəratə götürüb. Hazırda fakt araşdırılır. Araşdırmanın nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
İstənilən halda uşaqlara və qadınlara qarşı şiddət yolverilməzdir. Bu əməllərə yol verən şəxslər qanunvericiliklə məsuliyyətə cəlb olunurlar".
Oxşar xəbərlər
Azərbaycanlı hakerlər 100-dən çox erməni saytını dağıdıblar –SIYAHI
Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida...