Ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında ulaq yarışları keçiriblər. 
 
BAKU.WS-in məlumatına görə, yarışın videosu sosial şəbəkələrdə paylaşılıb. Yarış Qarabağın Şuşa şəhərində rusiyalı iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqovanın geyim kolleksiyasının təqdimatından sonra baş tutub. 
 
Xatırladaq ki, bu ilin iyul ayında rus iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Azərbaycan sözügedən sahibkarı "arzuolunmaz şəxs" elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma "Dağlıq Qarabağ"a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb. İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.
 
ŞAHİN Həbibov
BAKU.WS