SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov BAKU.WS-ə bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub.

O qeyd edib ki, faktla bağlı akt tərtib olunub: "Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib".

BAKU.WS