SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün 15 yaşını qeyd edəcəkdi Nigar. Ailəsi hazılıq görürdü ad gününə. Lakin olmadı. Bir anda erməni terrorunun, erməni vəşiliyinin qurbanına çevrildi Əsgərovlar ailəsi.

Cənnətlə müjdələndi Nigar. Dayısı deyir ki, istəyi həkim olmaq idi. 17 oktyabr tarixində Nigarla birlikdə onun ailə üzvüləri də qətlə yetirildi.

Atılan raket məhz bu ailənin yaşadığı evə düşdü. Həmin gecə Əsgərovlar ailəsindən 5 nəfər dünyasını dəyişdi. 10 aylıq Narin də düşmənin qəddarlığının qurbanı oldu.

Bu fotolar bir ailədən bizə qalan son görüntülərdir. Nə qədər dəhşətli və ağırlı da olsada indi Əsgərovlar ailəsindən ancaq şəkillər qalıb. Növbəti dəfə əmin olduq ki,erməni vəşiliyi sərhədd tanımır.

Əslində yeni deyil Erməni xislətinin bizlərə yaşatddığı müsibətlər. Xocalıda yaşamışıq, Xocalı ilə ermənilərin iç üzünü görmüşük. Lakin bu gün bir fərq var. Axıdılan günahsız qanların hesabatı verilir, öldürülən hər bir soydaşımızın qisası cəbhədə ordumuz tərəfindən layiqincə alınır.

BAKU.WS
QALEREYA