Zümrüd Qasımova Dənizkənarı bulvarda rəqs etdi - VİDEO

Aparıcı və aktrisa Zümrüd Qasımova maraqlı paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında rəfiqəsi rejissor Səidə Haqverdiyeva ilə rəqs görüntülərini yayımlayıb.
Dənizkənarı bulvarda lentə alınan videoda Zümrüd rəfiqəsilə məşhur müğənni Ajda Pekkanın “Bambaşqa biri” mahnısının sədaları altında rəqs edir.
Aparıcı sözügedən görüntüləri izləyiciləri ilə bölüşüb. O, paylaşımına “Teatrlar işləməsə də, biz yaradıcılığımıza davam edək” sözlərini əlavə edib.
Aktrisanın bu görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Paylaşıma qısa müddətdə çoxlu bəyənmə və şərh gəlib.
Oxşar xəbərlər
Məşhurların həftəsonu istirahətləri - FOTO
Şou-biznes nümayəndələri sosial şəbəkədə keçirdikləri həftəsonu ilə bağlı paylaşımlar ediblər. BAKU.WS xəbər verir ki, onlar “Instagram” hesablarında istirahətl...
