Zümrüd Bədəlovanın 39 yaşı tamam oldu - AD GÜNÜNDƏ YAŞANANLAR - VİDEO

Aparıcı Zümrüd Bədəlovanın 39 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, aparıcı paytaxtın dəbdəbəli məkanlarından birində özünə təmtəraqlı ad günü edib.
Tanınmış müğənnilər və məşhur aparıcılar Zümrüdü bu özəl günündə tək qoymayıblar. Onlar çıxışları, ifaları və hədiyyələri ilə aparıcının ad gününə rəng qatıblar. Özəl günüdə Zümrüd geyimi ilə kəpənək obrazı yaratmağa çalışıb.
O ağ rəngli qısa ibasını kəpənək formalı sırğa ilə tamamlayıb. Gecənin diqqət çəkən məqamlarından biri müğənni Elvin Babazadənin Zümrüdə gətirdiyi böyük hədiyyə olub.
Qara rəngli qutunun içərisində müxtəlif çeşiddə şokoladlar olub. Hədiyyəni görən Zümrüd “Mənim də 20 yaşıma ancaq belə hədiyyə yaraşardı” sözlərini söyləyib.
Məclisin sonunda aparıcı üçün özəl olaraq qırmızı güllərlə hazılanan ad günü tortu kəsilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
